• Bakı 18° C

    4.78 m/s

  • USD - 1.7

    EUR - 1.9612

    RUB - 2.0928

İsrail rəsmisi: "Ordu İranla 12 gündən çox davam edə biləcək müharibəyə hazırlaşır"

DÜNYA

11 Noyabr 2025 | 15:20

İsrail rəsmisi: Ordu İranla 12 gündən çox davam edə biləcək müharibəyə hazırlaşır

İsrail ordusu İranla 12 gündən çox davam edə biləcək mümkün müharibə ssenarisinə hazırlaşır.

Bakıvaxtı.az "Azad İran"a istinadla xəbər verir ki, bunu İsrailin təhlükəsizlik sahəsində adı açıqlanmayan yüksəkrütbəli rəsmisi bildirib.

Onun sözlərinə görə, əgər İslam Respublikası ilə yeni münaqişə baş versə, İsrail əvvəlkindən daha aqressiv hərbi əməliyyatlar həyata keçirəcək:

"12 günlük müharibədə İsrail bütün hərbi imkanlarından istifadə etməyib, lakin gələcək qarşıdurmada İrana daha sərt cavab veriləcək".

İsrail rəsmisi bildirib ki, Tramp administrasiyasının İran rejimini devirmək planlarının tam reallaşdırılması çox vacibdir.

O, "The New York Times" qəzetinin məlumatına münasibət bildirərək qeyd edib ki, Təl-Əvivin hesablamalarına görə, Tehran öz hava müdafiə imkanlarını yenidən qurmaq istiqamətində ciddi addımlar atır.


SON XƏBƏRLƏR

10 Noyabr 2025