• Bakı 13° C

    3.83 m/s

  • USD - 1.7

    EUR - 1.9608

    RUB - 2.1123

Gəncədə dəm qazından zəhərlənənlərin vəziyyəti açıqlanıb - YENİLƏNİB

HADİSƏ

12 Yanvar 2026 | 10:53

Gəncədə dəm qazından zəhərlənənlərin vəziyyəti açıqlanıb - YENİLƏNİB

Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Uşaq Xəstəxanasına, 3 nəfər isə (1 kişi, 2 qadın) Akademik Z.Məmmədov adına xəstəxananın Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub. 

Gəncə Şəhər Birləşmiş Xəstəxanasından Bakıvaxtı.az-ın sorğusuna cavab olaraq bildirilib ki, dəm qazının toksiki təsiri diaqnozu təyin edilən pasiyentlərə zəruri tibbi xidmətlər göstərilib. 

Qurumdan verilən məlumata görə, vəziyyətləri qənaətbəxş hesab olunan şəxslər ambulator müalicə üçün evə buraxılıblar.

Zeynəb Rzayeva

***

09:11

Gəncədə 5 nəfər dəm qazından zəhərlənib.

Bakıvaxtı.az xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb.

Belə ki, 1972-ci il təvəllüdlü S.Hüseynov, 1968-ci il təvəllüdlü G.Rüstəmova, 1994-cü il təvəllüdlü Ü.Hüseynova, 2014-cü il təvəllüdlü Q.Hüseynov və 2017-ci il təvəllüdlü S.Hüseynova zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

Dərhal onlara yardım edilib, vəziyyətlərinin kafi olduğu bildirilir. Məlumata görə, həmin şəxslər yaşadıqları evin qonaq otağında dəm qazından zəhərləniblər. Onlar bir ailənin üzvləridir.

Hazırda hadisə yerinə aidiyyəti qurumların əməkdaşları cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.


SON XƏBƏRLƏR