• Bakı 11° C

    8.47 m/s

  • USD - 1.7

    EUR - 1.9811

    RUB - 2.1216

İranda etirazlar: morqun qarşısında onlarla cəsəd yığılıb - VİDEO

DÜNYA

12 Yanvar 2026 | 08:18

İranda etirazlar: morqun qarşısında onlarla cəsəd yığılıb - VİDEO

Fransanın “Agence France-Press” agentliyi tərəfindən yayımlanan bir videoda Tehranın cənubunda yerləşən morqların birinin qarşısında yığılmış onlarla cəsəd görünür.

Bakıvaxtı.az “Agence France-Press”ə istinadən xəbər verir ki, insan haqları QHT-ləri bu cəsədləri İranda etirazların yatırılmasının qurbanı kimi tanıyırlar.

İran paytaxtının cənubundakı Kəhrizak morqunda qeydə alınan görüntülərdə Tehran morqunun qarşısında qara torbalara bükülmüş onlarla cəsəd və itkin düşmüş qohumlarını axtaran iranlılar müşahidə olunur.

Morq rəsmi olaraq Tehran Vilayət Məhkəmə Tibbi Diaqnostika Mərkəzi və Laboratoriyası kimi tanınır. Norveçdə yerləşən İran İnsan Haqları QHT-si bildirib ki, görüntülərdə İranda ümumxalq etirazları zamanı çox sayda insanın öldürüldüyü yer alır. Norveçdə yerləşən “Hengaw” təşkilatı Kəhrizak morqunun içərisində və xəstəxana binasının önündə onlarla qanlı cəsədin təsvir olunduğunu və bunun ağır cinayət olduğunu sübut edən görüntülərin həqiqiliyini təsdiqlədiyini iddia edir.

Qeyd edək ki, insan haqları müdafiəçiləri təhlükəsizlik qüvvələrini ölkədə iki həftədir davam edən etirazları yatırmaq üçün döyüş sursatlarından istifadə etməkdə günahlandırıblar. Onlar artıq yüzlərlə insanın öldürüldüyünü bildirirlər.

Aydın Baxış


SON XƏBƏRLƏR

11 Yanvar 2026