• Bakı 11° C

    7.98 m/s

  • USD - 1.7

    EUR - 1.9811

    RUB - 2.1216

Banklarda bazar risklərinin idarə edilməsi qaydası təsdiqləndi

CƏMİYYƏT

12 Yanvar 2026 | 11:34

Banklarda bazar risklərinin idarə edilməsi qaydası təsdiqləndi

Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti "Banklarda bazar risklərinin idarə edilməsi Qaydası"nı təsdiqləyib.

Bakıvaxtı.az xəbər verir ki, bununla bağlı AMB-nin sədrinin I müavini, sədrin vəzifələrini müvəqqəti icra edən Əliyar Məmmədyarov yeni qərar imzalayıb.

Qərara əsasən, bank apardığı əməliyyatların növünə, məbləğinə, fəaliyyətinin xüsusiyyətlərinə, fəaliyyət göstərdiyi mühitə və risk profilinə adekvat bazar risklərinin idarə edilməsi sistemini formalaşdırmalıdır. Bazar risklərinin idarə edilməsi sistemi azı faiz dərəcəsi riskini, xarici valyuta riskini, kapital riskini və əmtəə riskini əhatə etməklə bankın risklərin idarə edilməsi prosesinə inteqrasiya edilir.

Bankın bazar risklərinin idarə edilməsi sisteminin formalaşdırılmasının təmin edilməsi və effektivliyinin qiymətləndirilməsi bankın Müşahidə Şurası həyata keçirəcək.

Bundan başqa, bazar risklərinin idarə edilməsi sistemi bankın fəaliyyəti üzrə siyasətlərinə adekvat şəkildə formalaşdırılmalı və azı aşağıdakı məsələləri əhatə etməlidir:

- bazar risklərinin idarə edilməsi siyasəti və qaydalarını;

- bazar risklərinin ölçülməsinə dair tələbləri;

- BKFDR ölçülməsinə dair tələbləri;

- stress-testlərə dair tələbləri;

- bazar risklərinin monitorinqi və hesabatlığı.

Bazar risklərinin idarə edilməsi sistemi bankın bütün struktur bölmələrini, ölkədaxili və ölkədənkənar əməliyyat bölmələrini, habelə törəmə təsərrüfat cəmiyyətlərini əhatə edəcək.

AMB-nin Maliyyə bazarlarının hüquqi təminatı departamentinə bu Qərarın 3 gün müddətində Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Ədliyyə Nazirliyinə təqdim edilməsi tapşırılıb.


SON XƏBƏRLƏR

11 Yanvar 2026