Cəlilabadda 19 kənddə elektrik enerjisinin verilişində fasilə yaranıb.
Bakıvaxtı.az xəbər verir ki, ötən gün axşam saatlarından başlayan qar Cəlilabad və Biləsuvar rayonlarında bir sıra fəsadlar törədib.
Cəlilabad–Yardımlı avtomobil yolunun dağlıq hissələrində yol bağlanıb, eləcə də Cəlilabad rayonunun 19-a dağlıq yaxın kəndində elektrik enerjisi verlişində fasilələr yaranıb.
Biləsuvarda isə güclü qar avtomobillərin hərəkətini çətinləşdirib, bir sıra ərazilərdə elektrik enerjisi verlişində fasilələr yaranıb.
Hazırda fəsadların aradan qaldırılması istiqamətində işlər aparılır.
Bölgədə qarlı hava şəraiti davam edir./APA
Bakı 





