• Bakı C

    3.48 m/s

  • USD - 1.7

    EUR - 1.9607

    RUB - 2.1452

"Microsoft" artıq tibbi tövsiyələr də verəcək

CƏMİYYƏT

13 Mart 2026 | 09:36

Microsoft artıq tibbi tövsiyələr də verəcək

"Microsoft" korporasiyası süni intellekt əsaslı yeni tibbi xidməti - "Copilot Health" alətini təqdim edib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə "The Wall Street Journal" nəşri məlumat yayıb.

"Copilot Health" tətbiqi "Microsoft Copilot" ekosisteminin bir hissəsi olacaq. Yeni xidmət istifadəçilərə öz razılıqları əsasında tibbi məlumatlarını sistemə inteqrasiya etməyə imkan verəcək. Süni intellekt tibbi kartları, analiz nəticələrini, qəbul edilən dərmanlar haqqında məlumatları, həkim qeydlərini, həmçinin "Apple Watch" və "Fitbit" kimi geyilə bilən cihazlardan daxil olan göstəriciləri analiz edə biləcək.

Toplanan məlumatlar əsasında çat-bot istifadəçinin simptomları və ümumi sağlamlıq vəziyyəti barədə fərdi tövsiyələr hazırlayacaq. İstifadəçi şəxsi məlumatlarını sistemə yükləməzsə, xidmət yalnız ümumi tibbi məsləhətlər təqdim edəcək.

Şirkətdən bildirilib ki, təhlükəsizlik məqsədilə bütün məlumatlar şifrələnəcək və tətbiqin digər hissələrindən tamamilə təcrid olunmuş şəkildə saxlanılacaq. Şəxsiyyətin təsdiqi üçün isə "Clear" identifikasiya xidmətindən istifadə olunacaq.

İstifadəçilər öz tibbi məlumatlarını istədikləri zaman idarə edə və ya silə biləcəklər. Həmçinin sağlamlıqla bağlı yazışmalar "Copilot"un ümumi çat tarixçəsindən ayrı saxlanılacaq.

Xidmətin istifadəyə verilməsi ilkin mərhələdə ABŞ-də başlayacaq. Şirkət rəsmiləri bu alətin xüsusilə xroniki xəstəliklərdən əziyyət çəkən insanlar üçün faydalı olacağını vurğulayıblar./Oxu.Az


SON XƏBƏRLƏR

12 Mart 2026