• Bakı C

    1.36 m/s

  • USD - 1.7

    EUR - 2.0243

    RUB - 2.2016

Bəzi bölgələrə qar yağır - FAKTİKİ HAVA

CƏMİYYƏT

11 Fevral 2026 | 10:15

Bəzi bölgələrə qar yağır - FAKTİKİ HAVA

Saat 10:00-a olan məlumatına əsasən, ölkə ərazisində yağıntılı hava şəraiti müşahidə olunur.

Bu barədə Bakıvaxtı.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, hazıeda əksər ərazilərə yağış, bəzi bölgələrə isə qar yağır.

Qar örtüyünün hündürlüyü Şahbuzda 50, Qaxda (Sarıbaş) 28, Daşkəsəndə 20, Göygöldə 18, Gədəbəydə 15, Ağdamda 14, Lerikdə 10, Tərtərdə 9, Şamaxı, Yardımlıda 8, İmişlidə 7, Qubada 6, Goranboy, Xızı, Xaltanda 4, Naftalan, Qobustanda 3, Gəncə, Bərdə, İsmayıllı, Qəbələ, Qusar, Şəmkir, Sədərəkdə 2, Mingəçevirdə 1 sm-dir.

Düşən yağıntının miqdarı Lənkəranda 23, Cəlilabad, Biləsuvarda 16, Astarada 15, Göyçayda 14, Neftçala, Zərdabda 13, Sabirabad, Şərurda 12, Oğuz, Ağsuda 9, Beyləqanda 8, Yevlax, Kürdəmirdə 5, Ağstafa, Şahdağ, Şabranda 3, Naxçıvanda 2, Şəki, Zaqatala, Ceyrançöl, Tovuz, Ordubad, Balakən, eyni zamanda Bakıda və Abşeron yarımadasında 1 mm-dir.

Göygöl, Tərtər, Yevlax, Göyçay, Şamaxı, Quba, Qusar, Qrız, Qax (Sarıbaş), Şəki, Oğuz, Balakən, Şəmkir, Daşkəsən, Şərurda duman müşahidə olunur, görünüş məsafəsi 500 metrədək məhdudlaşır.

Ölkə ərazisində müşahidə olunan yağıntının 11-i axşamdan tədricən kəsiləcəyi, 12-13-də havanın mülayimləşəcəyi, əksər rayonlarda əsasən yağmursuz keçəcəyi, temperaturun yüksələcəyi gözlənilir.


SON XƏBƏRLƏR

10 Fevral 2026