• Bakı C

    1.37 m/s

  • USD - 1.7

    EUR - 2.0243

    RUB - 2.2016

Naxçıvanda fevral ayının pensiya ödənişləri yekunlaşdı

CƏMİYYƏT

11 Fevral 2026 | 11:33

Naxçıvanda fevral ayının pensiya ödənişləri yekunlaşdı

Naxçıvan Muxtar Respublikası (MR) üzrə fevral ayının pensiya ödənişləri başa çatdırılıb.

Bakıvaxtı.az xəbər verir ki, muxtar respublikanın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən fevral ayının pensiya ödənişi yekunlaşdırılıb.

Prezident İlham Əliyevin 2026-cı il 9 fevral tarixli "Əmək pensiyalarının indeksləşdirilməsi haqqında" Sərəncamına uyğun olaraq, 2026-cı il yanvarın 1-dək təyin edilmiş bütün növ pensiyalar ilin əvvəlindən 9,3 faiz indeksləşdirilərək artırılıb.

Fevral ayının pensiyaları da qeyd edilən artımlarla birgə ödənilib. Həmçinin indeksləşdirmə üzrə yanvar ayının artımı fevral ayının pensiyasına əlavə olunub.


SON XƏBƏRLƏR

10 Fevral 2026