• Bakı 11° C

    4.53 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Gəncədə peşə məktəbinin həyətində tələbənin meyiti tapıldı - YENİLƏNİB

HADİSƏ

12 Yanvar 2026 | 15:02

Gəncədə peşə məktəbinin həyətində tələbənin meyiti tapıldı - YENİLƏNİB

12.01.2026-ci il tarixində saat 08:50 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Gəncə şəhərindən təcili çağırış qeydə alınıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə TƏBİB məlumat yayıb.

Bildirilib ki, çağırış ünvanına dərhal təcili tibbi yardım briqadası cəlb olunub. 

Təcili tibbi yardım briqadası tərəfindən 2008-ci il təvvəllüdlü şəxsin (oğlan) həkiməqədər ölüm faktı qeydə alınıb. 

Ətrafdakıların təkidi ilə saat 09:10 radələrində Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına xəstəxanaya hospitalizasiya həyata keçirilib. 

Həkim heyəti tərəfindən onun həkiməqədər ölüm faktı təsdiq olunub və aidiyyəti üzrə təhvil verilib.

***

12:22

"Təhsil müəssisəsində baş verən hadisə ilə bağlı rəsmi araşdırma başlanıb".

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Peşə Təhsili üzrə Dövlət Agentliyi məlumat yayıb.

Bildirilib ki, bu gün Bayramov Röyal Vüqar oğlu səhər saatlarında təhsil aldığı Sənaye və Texnologiyalar üzrə Gəncə Dövlət Peşə Təhsil Mərkəzində olarkən səhhəti qəfil pisləşib və huşunu itirərək yıxılıb:

"Hadisə dərhal qeydə alınıb, təcili tibbi yardım briqadası tərəfindən xəstəxanaya çatdırılıb. Lakin göstərilən tibbi müdaxilələrə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı aidiyyəti dövlət qurumları tərəfindən müvafiq araşdırma aparılır. Hadisənin təfərrüatları araşdırmanın nəticələrinə uyğun olaraq ictimaiyyətə açıqlanacaq".

***

10:57

Gəncədə yeniyetmənin meyiti tapılıb.

Bakıvaxtı.az-ın APA-ya istinadən məlumatına görə, hadisə şəhərdə yerləşən peşə məktəblərinin birinin həyətində qeydə alınıb. Bu gün səhər saatlarında peşə məktəbinin həyətində 2008-ci il təvəllüdlü R.Bayramovun meyiti aşkarlanıb. Onun peşə məktəbinin tələbəsi olduğu bildirilir. Hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb edilib. İlkin məlumata görə, 18 yaşlı gənc ürək tutmasından vəfat edib.

Faktla bağlı araşdırma aparılır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026