• Bakı 11° C

    7.98 m/s

  • USD - 1.7

    EUR - 1.9811

    RUB - 2.1216

875 hektardan çox ərazi minalardan təmizləndi

CƏMİYYƏT

12 Yanvar 2026 | 11:39

875 hektardan çox ərazi minalardan təmizləndi

Azad olunan ərazilərdə yanvarın 5-11-dək 25 tank əleyhinə mina, 152 piyada əleyhinə mina, 636 partlamamış hərbi sursat (PHS) aşkarlanıb və zərərsizləşdirilib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) azad edilmiş ərazilərdə həyata keçirilən humanitar minatəmizləmə əməliyyatları ilə bağlı həftəlik məlumatında deyilir.

Məlumata əsasən, 875,1 hektar ərazi minalardan təmizlənib.

Qeyd edək ki, minatəmizləmə əməliyyatlarını ANAMA, Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi (FHN) və Dövlət Sərhəd Xidməti (DSX) və dörd özəl şirkət Tərtər, Ağdərə, Kəlbəcər, Ağdam, Xocalı, Xankəndi, Şuşa, Xocavənd, Laçın, Füzuli, Cəbrayıl, Qubadlı və Zəngilan ərazilərində, o cümlədən Qazax rayonunun işğaldan azad edilmiş Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı, Qızılhacılı kəndlərində həyata keçirib.


SON XƏBƏRLƏR

11 Yanvar 2026