• Bakı 12° C

    8.47 m/s

  • USD - 1.7

    EUR - 1.9811

    RUB - 2.1216

Nazirdən yüksək vəzifəyə təyinat - FOTO

CƏMİYYƏT

12 Yanvar 2026 | 09:48

Nazirdən yüksək vəzifəyə təyinat - FOTO

Əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyevin əmri ilə Eşqin Əli oğlu Bayramov Nazirliyin tabeliyindəki Dövlət Məşğulluq Agentliyinin İdarə Heyəti sədrinin müavini vəzifəsinə təyin olunub.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Nazirlik məlumat yayıb.

Qeyd edək ki, Eşqin Bayramov 1985-ci ildə anadan olub. 2003-2007-ci illərdə Azərbaycan Dillər Universitetində "Beynəlxalq münasibətlər" ixtisası üzrə bakalavr, 2011-2013-cü illərdə Ukraynanın Regionlararası Heyəti İdarəetmə Akademiyasında “Ölkəşünaslıq - Avropa ölkələri” ixtisası üzrə magistr və 2013-2017-ci illərdə Ukraynanın Çerniqov Milli Texnologiya Universitetində doktorantura təhsili alıb. Doktorantura təhsili dövründə beynəlxalq qrant layihəsinin qalibi olub və Yunanıstanın Beynəlxalq Hellenic Universitetində elmi tədqiqatçı kimi çalışıb.

İqtisad elmləri üzrə fəlsəfə doktorudur.

2016-2021-ci illərdə Britaniyanın Şeffild Universitetində “Marketinq, reklam və ictimaiyyətlə əlaqələr” ixtisası üzrə təhsil alıb.

2011-2025-ci illərdə Bakı Biznes Universitetində şöbə müdiri, prorektor, müəllim işləyib.

2025-ci ilin fevral ayından hazırkı vəzifəsinə qədər Dövlət Məşğulluq Agentliyinin Beynəlxalq əlaqələr və layihələr departamentinin müdiri vəzifəsində çalışıb.


SON XƏBƏRLƏR

11 Yanvar 2026