• Bakı C

    1.36 m/s

  • USD - 1.7

    EUR - 2.0243

    RUB - 2.2016

Bakıda yeni tunel tikiləcək - Bu ərazidə söküntü başlayır - VİDEO

CƏMİYYƏT

11 Fevral 2026 | 09:10

Bakıda yeni tunel tikiləcək - Bu ərazidə söküntü başlayır - VİDEO

Bakıda yeni tunel tikiləcək. Tunelin tikintisi məqsədilə bir sıra plana düşən evlər söküləcək.

Bakıvaxtı.az İTV-yə istinadən xəbər verir ki, tunelin məqsədi “20 Yanvar” dairəsi və “Şamaxinka”dan gedən sıxlığın aradan qaldırılmasıdır.

Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib ki, “Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi məqsədilə 25 layihənin icrası nəzərdə tutulur.

“Artıq onun bir neçəsində işlərə start verilib, bir neçəsində isə yaxın müddətdə işlərə başlanılması nəzərdə tutulur. O cümlədən, Yasamal rayonu, Məhəmməd Xiyabani küçəsindən Kənar Dairəvi yola çıxan tunelin inşası nəzərdə tutulur”.

Artıq söküntü işləri ilə bağlı sakinlərə rəsmi bildirişlər təqdim edilib.

Daha ətraflı videomaterialda:


SON XƏBƏRLƏR

10 Fevral 2026