• Bakı 13° C

    2.64 m/s

  • USD - 1.7

    EUR - 1.9148

    RUB - 2.0782

İrandan təxliyə prosesi davam edir

CƏMİYYƏT

12 Mart 2026 | 21:46 | Müəllif: Subhan Mahmudov

İrandan təxliyə prosesi davam edir

"Astara" dövlət sərhədindən buraxılış məntəqəsi vasitəsilə İrandan təxliyə prosesi davam edir.

Bakıvaxtı.az xəbər verir ki, gün ərzində müxtəlif ölkələrin vətəndaşları sərhədi keçərək təhlükəsiz şəkildə Azərbaycan ərazisinə daxil olublar. Belə ki, Çin (1 nəfər), Qazaxıstan (1 nəfər), Rusiya (1 nəfər), Özbəkistan (1 nəfər) və Tacikistan (2 nəfər) vətəndaşı təxliyə olunub.

Bununla yanaşı, Azərbaycanın 7 nəfər vətəndaşı da ölkə ərazisinə daxil olub. Gün ərzində, həmçinin Yunanıstanın 7 vətəndaşı, o cümlədən 4 diplomatik nümayəndəsi “Astara” dövlət sərhədindən buraxılış məntəqəsi vasitəsilə İrandan Azərbaycan ərazisinə keçib.

Təxliyə olunan şəxslər sərhəd buraxılış məntəqəsində müvafiq sənəd yoxlanışı və digər prosedurlardan keçdikdən sonra ölkə ərazisinə buraxılıblar. Proses aidiyyəti dövlət qurumlarının koordinasiyası ilə davam etdirilir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

06 Noyabr 2026