• Bakı 12° C

    8.47 m/s

  • USD - 1.7

    EUR - 1.9811

    RUB - 2.1216

ABŞ Minneapolisdəki insidenti daxili terror aktı adlandırıb

DÜNYA

12 Yanvar 2026 | 09:50

ABŞ Minneapolisdəki insidenti daxili terror aktı adlandırıb

ABŞ-nin daxili təhlükəsizlik naziri Kristi Noem Minneapolisdə qeyri-qanuni miqrantlara qarşı keçirilən əməliyyat zamanı hüquq-mühafizə orqanları əməkdaşları tərəfindən güllələnən qadının hərəkətlərinin daxili terror aktı kimi qiymətləndirilməli olduğunu bildirib.

Bakıvaxtı.az xarici mediaya istinadla xəbər verir ki, o, “Noem CNN telekanalına müsahibəsində deyib:

“Faktları yalnız xoşunuza gəlmədiyi üçün dəyişmək olmaz. Minneapolisdə baş verənlər daxili terror aktı idi. Bu cür daxili terror aktları hər bir siyasətçi və vəzifəli şəxs tərəfindən qınanmalıdır”.

Nazir qeyd edib ki, həlak olan qadın avtomobilindən silah kimi istifadə edib. Onun fikrincə, hüquq-mühafizə orqanları əməkdaşlarının hərəkətləri özünümüdafiə aktı kimi dəyərləndirilməlidir.

Xatırladaq ki, hadisə Minneapolisdə qeyri-qanuni miqrantların axtarışı ilə bağlı keçirilən əməliyyat zamanı baş verib. ABŞ-nin İmmiqrasiya və Gömrük Nəzarəti Xidmətinin (ICE) əməkdaşları yolun ortasında avtomobilini saxlayan qadından nəqliyyat vasitəsindən çıxmağı tələb ediblər. Avtomobil irəliləməyə başladıqda, qurumun əməkdaşlarından biri sürücüyə atəş açıb. Qadın aldığı güllə yaralarından həyatını itirib.

Zeynəb Rzayeva


SON XƏBƏRLƏR

11 Yanvar 2026