• Bakı 18° C

    1.02 m/s

  • USD - 1.7

    EUR - 1.9095

    RUB - 1.9963

İranda 84 saatdır internetə çıxış məhdudlaşdırılıb

DÜNYA

12 Yanvar 2026 | 09:37 | Müəllif: Zeynəb Rzayeva

İranda 84 saatdır internetə çıxış məhdudlaşdırılıb

İran ərazisində artıq 84 saatdan çoxdur ki, internetə çıxış mövcud deyil.

Bakıvaxtı.az bu barədə xarici mənbəyə istinadla xəbər verir.

Xatırladaq ki, məhdudiyyətlər yanvarın 8-i axşam saatlarında, etirazçıların İranın bir çox şəhərində silahlı təxribatlar həyata keçirməsindən sonra tətbiq edilib.

İran hakimiyyətinin məlumatına əsasən, həmin gecə baş verən hadisələr nəticəsində 38 hüquq-mühafizə orqanı əməkdaşı və 13 mülki şəxs həlak olub. Dövlət və özəl mülkiyyətə böyük ziyan dəyib, məscidlər, xəstəxanalar və yanğınsöndürmə məntəqələri yandırılıb.

Yanvarın 9-da İranın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi təhlükəsizlik orqanlarının qərarı ilə məhdudlaşdırılan internet xidmətlərinin bərpası üçün tədbirlərin görüldüyünü açıqlayıb.

Zeynəb Rzayeva


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR