İranın keçmiş şahının oğlu Rza Pəhləvi hökumətin geniş yayılmış etiraz hərəkatını yatırmağa çalışdığı bir vaxtda İran təhlükəsizlik qüvvələrini xalqa qoşulmağa çağırıb.
Bakıvaxtı.az xəbər verir ki, Rza Pəhləvi bu barədə özünün “X” hesabında yazıb:
“Dövlət qurumlarının işçiləri, eləcə də silahlı və təhlükəsizlik qüvvələrinin üzvləri bir seçim etməlidirlər: ya xalqla birlikdə durub millətin müttəfiqi olmalıdırlar, ya da xalqın qatilləri ilə əlbir olub, millətin əbədi rüsvayçılığı və qınağına dözməlidirlər”.
Aydın Baxış
Bakı 




