• Bakı 11° C

    8.47 m/s

  • USD - 1.7

    EUR - 1.9811

    RUB - 2.1216

Meta 28 milyon avro cərimələnə bilər

DÜNYA

12 Yanvar 2026 | 08:53

Meta 28 milyon avro cərimələnə bilər

Amerikalı texnologiya nəhəngi “Meta, Avstraliyanı 16 yaşdan kiçiklər üçün sosial mediaya qoyulan qadağanı yenidən nəzərdən keçirməyə çağırıb və yeni qanuna əsasən 544 mindən çox hesabı blokladığını qeyd edib.

Bakıvaxtı.az “LeMonde.fr”ə istinadən xəbər verir ki, 10 dekabrdan etibarən texnologiya nəhəngləri “Facebook” və “Instagram” (ana şirkəti Meta), eləcə də “YouTube”, “TikTok”, “Snapchat” və “Reddit”dən dünyada ilk dəfə olaraq 16 yaşdan kiçik Avstraliya istifadəçilərinin hesablarını qadağan etmək tələb olunub. Bundan “Kick” və “Twitch” yayım platformaları, eləcə də “Threads” və “X” sosial şəbəkələri də təsirlənib.

Şirkətlər qanuna riayət etmək üçün ağlabatan addımlar atmazlarsa, 49,5 milyon Avstraliya dolları (28 milyon avro) məbləğində cərimə ilə üzləşəcəklər.

Milyarder Mark Zukerberqə məxsus “Meta” şirkəti, 11 dekabrdan əvvəlki həftə ərzində yetkinlik yaşına çatmayanlara məxsus 331 min hesabı “İnstagram”da, 173 min hesabı “Facebook”da və 40 min hesabı “Thread”da sildiyini və qanuna riayət etmək istədiyini bildirib.

“Meta” açıqlamasında bildirib:

"Bununla belə, biz Avstraliya hökumətini daha yaxşı bir həll yolu tapmaq üçün şirkətlərlə konstruktiv şəkildə işləməyə, məsələn, bütün sektoru ümumi qadağalar qoymaq əvəzinə, təhlükəsizlik, məxfilik və yaşa uyğun onlayn təcrübələr üzrə standartları artırmağa təşviq etməyə çağırırıq".

"Meta" onu da təklif edib ki, 16 yaşdan kiçik şəxslər tətbiq yükləməzdən əvvəl platforma onların yaşlarını yoxlamalı və valideynlərin razılığını almalıdır: “Bu, yeniyetmələrin qadağanı aşmaq üçün daha yeni, daha az tənzimlənən tətbiqlərə müraciət etməsinin qarşısını almağın yeganə yoludur”.

Aydın Baxış


SON XƏBƏRLƏR

11 Yanvar 2026