Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Qazax rayonunun Qarapapaq kəndində köməkçi tikilidə yanğın baş verməsi barədə məlumat daxil olub.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Qazax Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri cəlb olunub.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən yanğının vətəndaşa məxsus fərdi yaşayış evinə bitişik yardımçı tikilidə baş verdiyi və havanın küləkli olması səbəbində bitişik tikililərə yayılma riskinin yüksək olduğu müəyyən edilib.
Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində yardımçı tikilidə baş vermiş yanğın genişlənməsinə, o cümlədən bitişik tikililərə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində ümumi sahəsi 50kv.m. olan yardımçı tikilinin yanar konstruksiyaları 16kv.m. sahədə yanıb.
Yardımçı tikilinin qalan hissəsi və bitişik tikililər yanğından mühafizə olunub.
Xəsarət alan olmayıb.
Bakı 




