• Bakı 11° C

    8.47 m/s

  • USD - 1.7

    EUR - 1.9811

    RUB - 2.1216

Qazaxda yardımçı tikilidə yanğın - VİDEO

HADİSƏ

12 Yanvar 2026 | 08:26

Qazaxda yardımçı tikilidə yanğın - VİDEO

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Qazax rayonunun Qarapapaq kəndində köməkçi tikilidə yanğın baş verməsi barədə məlumat daxil olub.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə FHN-in mətbuat xidmətindən bildirilib.

Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Qazax Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən yanğının vətəndaşa məxsus fərdi yaşayış evinə bitişik yardımçı tikilidə baş verdiyi və havanın küləkli olması səbəbindən bitişik tikililərə yayılma riskinin yüksək olduğu müəyyən edilib.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində yardımçı tikilidə baş vermiş yanğın genişlənməsinə, o cümlədən bitişik tikililərə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində ümumi sahəsi 50 kvadratmetr olan yardımçı tikilinin yanar konstruksiyaları 16 kvadratmetr sahədə yanıb.

Yardımçı tikilinin qalan hissəsi və bitişik tikililər yanğından mühafizə olunub.

Xəsarət alan olmayıb.


SON XƏBƏRLƏR

11 Yanvar 2026