• Bakı 19° C

    6.36 m/s

  • USD - 1.7

    EUR - 1.9739

    RUB - 1.9728

Ağadadaş Ağayevlə bağlı VACİB XƏBƏR

HADİSƏ, ŞOU

12 Yanvar 2026 | 10:22 | Müəllif: Əli Hüseynov

Ağadadaş Ağayevlə bağlı VACİB XƏBƏR

Baltanı cinayət alətinə çevirməklə xuliqanlıq etməkdə ittiham olunan Xalq artisti Ağadadaş Ağayev şərti cəzadan azad ediləcək.

Bakıvaxtı.az xəbər verir ki, “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, müğənniyə amnistiya aktı tətbiq olunacaq.

Ədliyyə Nazirliyinin Probasiya xidməti məsələ ilə bağlı artıq məhkəməyə müraciət edib.

Ağadadaş Ağayevin müdafiəçisi, tanınmış vəkil Asim Abbasov məlumatı saytımıza təsdiqləyib. Vəkil deyib ki, Probasiya xidmətinin müvəkkilinə amnistiya aktının tətbiqi ilə bağlı müraciətinə bu gün baxılacaq.

Qeyd edək ki, hadisə 2024-cü ilin iyul ayında baş verib. Ağadadaş Ağayev mübahisə zamanı “Medera Hospital”ın mühafizəçisi Nurəddin Cəlilova balta atıb. Mühafizəçi isə Xalq artistini döyüb.

Binəqədi Rayon Məhkəməsinin hökmü ilə A.Ağayev 1 il sınaq müddəti seçilməklə, 2 il , N.Cəlilov isə 2 il 6 ay müddətinə şərti cəzaya məhkum edilib.

Sail Ağasəlim


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

07 Sentyabr 2026