• Bakı 19° C

    0.96 m/s

  • USD - 1.7

    EUR - 1.8992

    RUB - 2.0276

“Formula-1”in 95 yaşlı sabiq rəhbəri saxlanıldı

DÜNYA

07 Sentyabr 2026 | 22:13 | Müəllif: Subhan Mahmudov

“Formula-1”in 95 yaşlı sabiq rəhbəri saxlanıldı

“Formula-1”in keçmiş rəhbəri, 95 yaşlı Berni Eklstoun Portuqaliyada saxlanılıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Correio da Manhа” nəşri məlumat yayıb.

Hüquq-mühafizə orqanlarının verdiyi məlumata görə, Eklstounun özəl təyyarəsi Tires aerodromuna endikdən sonra Portuqaliya polisinin (PSP) əməkdaşları tərəfindən həbs əməliyyatı keçirilib. Yoxlama zamanı britaniyalı milyarderin üzərindən qanunsuz odlu silah aşkar edilib. Məşhur biznesmeni məhkəmə prosesinin gözlədiyi, yoxsa sadəcə rəsmi ittihamla kifayətlənəcəyi hələlik dəqiq deyil.

Xatırladaq ki, Eklstoun 2023-cü ildə də dələduzluqda ittiham olunmuşdu. London məhkəməsində o, Sinqapurdakı fondunda yerləşən 472 milyon avro dəyərindəki aktivlərini bəyan etmədiyini boynuna almış və 17 ay müddətinə şərti həbs cəzası almışdı.

Qeyd edək ki, Berni Eklstoun 40 il ərzində “Formula-1” yarışlarına rəhbərlik edib və 2017-ci ilin yanvarında postunu tərk edib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

13 Oktyabr 2026