• Bakı 12° C

    8.47 m/s

  • USD - 1.7

    EUR - 1.9811

    RUB - 2.1216

Pezeşkian:"Etirazlar xalqın qanuni hüququdur"

DÜNYA

12 Yanvar 2026 | 09:53

Pezeşkian: Etirazlar xalqın qanuni hüququdur

İran prezidenti Məsud Pezeşkian müsahibəsində etirazların xalqın qanuni hüququ olduğunu bildirib.

Bakıvaxtı.az "Tasnim"ə istinadən xəbər verir ki, o, eyni zamanda, ABŞ və İsrail tərəfindən təlim keçmiş zorakı iğtişaşçıların ölkədə qarışıqlıq yaratmağa çalışdığını qeyd edib.

Pezeşkian administrasiyanın iqtisadi problemləri həll etmək və bütün insanlara ədalətli yanaşmaq əzmində olduğunu vurğulayıb.

İran prezidenti etirazçıları administrasiyanın iclaslarında iştirak etməyə və narahatlıqlarını bildirməyə çağırıb, zorakı hərəkətlərin qəbuledilməz olduğunu bildirib.

Dövlət başçısı həmçinin insanları zorakı iğtişaşlara qarşı mitinqlərdə iştirak etməyə təşviq edib.

Əli Hüseynov


SON XƏBƏRLƏR

11 Yanvar 2026