• Bakı 14° C

    5.87 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

İran Misirdə keçiriləcək "Sülh Sammiti"ndə təmsil olunmayacaq

DÜNYA

12 Oktyabr 2025 | 17:14 | Müəllif: Subhan Mahmudov

İran Misirdə keçiriləcək "Sülh Sammiti"ndə təmsil olunmayacaq

İran nümayəndələri oktyabrın 13-də Misirin Şarm əl-Şeyx şəhərində Qəzza zolağında atəşkəs sazişinin imzalanması münasibətilə keçiriləcək "Sülh Sammiti"nə qatılmayacaq.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Tasnim" agentliyi mənbəyə istinadən məlumat yayıb.

Məlumata görə, dəvətə baxmayaraq, İran hökumətinin nümayəndələrinin heç biri sammitdə iştirak etmək üçün Misirə uçmağı planlaşdırmır.

Qeyd edək ki, İsrail və HƏMAS Misirin vasitəçiliyi ilə atəşkəs razılaşmasına nail olub. Razılaşma oktyabrın 10-da İsrail qoşunlarının Qəzza zolağından qismən çıxarılmasından sonra qüvvəyə minib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

19 Noyabr 2026