• Bakı 17° C

    2.68 m/s

  • USD - 1.7

    EUR - 1.9675

    RUB - 2.0938

Zelenski Makrona da zəng etdi

DÜNYA

12 Oktyabr 2025 | 18:34

Zelenski Makrona da zəng etdi

Ukrayna və Fransa prezidentləri arasında telefon danışığı olub.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski Teleqram səhifəsində məlumat verib.

O bildirib ki, telefon danışığı zamanı tərəfdaşlarla Rusiyaya təzyiqlərin artırılması müzakirə edilib.

“Prezident Emmanuel Makronla danışdım. Fransanın insanların həyatını qorumaq öhdəliyinə görə təşəkkür edirik.

Mən ona bizim prioritet ehtiyaclarımız, ilk növbədə hava hücumundan müdafiə sistemi - zəruri sistemlər və raketlər barədə məlumat verdim. Rusiya hazırda yaranmış vəziyyətdən istifadə edir, hər bir ölkədə Yaxın Şərqə və daxili məsələlərə maksimum diqqət yetirilir. Rusların zərbələri daha şiddətli oldu. Bununla necə mübarizə aparacağımızı müzakirə etdik”, - deyə Zelenski əlavə edib.


SON XƏBƏRLƏR

11 Oktyabr 2025