• Bakı 20° C

    8.56 m/s

  • USD - 1.7

    EUR - 1.9934

    RUB - 2.0047

“O, artıq saxlanılıb” - Tramp açıqladı

DÜNYA

12 Sentyabr 2025 | 16:55

“O, artıq saxlanılıb” - Tramp açıqladı

ABŞ Prezidenti Donald Tramp amerikalı siyasətçi Çarli Kirkin qətlində şübhəli bilinən şəxsin saxlanıldığını açıqlayıb. 

Bakıvaxtı.az xəbər verir ki, Tramp bu barədə “Fox News”a müsahibəsində danışıb. 

Onun sözlərinə görə, həmin şəxsi yaxın tanışı ələ verib.

Tramp Kirkin qatilinin ölüm cəzası alacağına ümid etdiyini vurğulayıb.

Xatırladaq ki, amerikalı siyasi fəal və ABŞ Prezidenti Donald Trampın tərəfdarı Çarli Kirk dünən Yuta Universitetində çıxışı zamanı güllələnib. Snayperlə boynundan güllələnən Kirk xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. Hadisə yerinin yaxınlığında meşəlik ərazidə tüfəng aşkarlanmışdı və silahın atışmada istifadə edildiyi ehtimal edilirdi.


SON XƏBƏRLƏR