• Bakı 9° C

    2.06 m/s

  • USD - 1.7

    EUR - 1.8631

    RUB - 2.0562

Badara kəndinə və Hadrut qəsəbəsinə ilk köç karvanı çatıb - YENİLƏNİB

CƏMİYYƏT

12 Sentyabr 2025 | 17:50

Badara kəndinə və Hadrut qəsəbəsinə ilk köç karvanı çatıb - YENİLƏNİB

Xocavənd rayonunun Hadrut qəsəbəsinə yola salınan ilk köç karvanı doğma yurda çatıb.

Bakıvaxtı.az xəbər verir ki, qəsəbəyə köçən sakinlərin qarşılanma mərasimi keçirilib.

Mərasimdə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsini, Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyini təmsil edən şəxslər iştirak ediblər.  

Ailələrə mənzillərin açarları təqdim edilib.

***

15:37

Xocalının Badara kəndinə yola salınan köç karvanı kəndə çatıb, yeni ailələrə mənzillərin açarları təqdim edilib.

Bakıvaxtı.az xəbər verir ki, mərasimdə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin və Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndiliyini təmsil edən şəxslər iştirak ediblər.

Təqdimetmə mərasimində çıxış edən Azərbaycan Respublikası Prezidentinin Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında xüsusi nümayəndəsinin müavini Səbuhi Qəhrəmanov kənddə sakinlər üçün yaradılan şərait barədə məlumat verib.

O bildirib ki, Badara kəndində sakinlərin rahat yaşayışı və məşğulluğu üçün bütün zəruri infrastruktur qurulub, sosial və iqtisadi məsələlərin həlli istiqamətində mühüm addımlar atılıb. Qeyd edilib ki, Badara kəndi qısa müddət ərzində bərpa edilərək, elektrik enerjisi, içməli su və mavi yanacaqla təmin olunub. Sakinlərin qayğısız yaşayışı və dayanıqlı məskunlaşması üçün bütün imkanlar yaradılıb. Məşğulluqla bağlı məsələ də hər zamankı kimi prioritet olaraq qalır.

ANAMA-nın əməkdaşları da sakinlərlə təhlükəsizliyə dair  maarifləndirici söhbət aparıb.

***

14:15

Bu gün Xocalı rayonunun Badara kəndinə yola salınan köç karvanı kəndə çatıb.

Bakıvaxtı.az xəbər verir ki, sakinlərin qarşılanma mərasimi keçirilib.

***

09:20

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam etdirilir.

Bakıvaxtı.az xəbər verir ki, bu çərçivədə Xocavənd rayonunun Hadrut qəsəbəsinə və Xocalı rayonunun Badara kəndinə ilk köç karvanı yola salınıb.

Budəfəki mərhələdə Xocalı rayonunun Badara kəndinə Goranboy rayonundan – 8 ailə (28 nəfər), Bakı şəhərindən – 4 ailə (19 nəfər), Bərdə rayonundan – 1 ailə (4 nəfər), Gəncə şəhərindən – 1 ailə (4 nəfər) olmaqla cəmi 14 ailə (96 nəfər), Xocavənd rayonunun Hadrut qəsəbəsinə Beyləqan rayonundan – 4 ailə (17 nəfər), Bakı şəhərindən – 4 ailə (14 nəfər), Biləsuvar rayonundan – 1 ailə (6 nəfər), Abşeron rayonundan – 1 ailə (4 nəfər) olmaqla cəmi 10 ailə (41 nəfər) köçürülüb.

Beləliklə, 12.09.2025-ci il tarixindəki köç də nəzərə alınmaqla Xocavənd rayonunun 3 yaşayış məntəqəsinə cəmi 30 ailə (125 nəfər), Xocalı rayonunun 6 yaşayış məntəqəsinə isə cəmi 412 ailə (1734 nəfər) köçürülüb.

Köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR