• Bakı 19° C

    7.17 m/s

  • USD - 1.7

    EUR - 1.9934

    RUB - 2.0047

Avropa İttifaqı Rubinyan-Kılıç görüşünü alqışladı

DÜNYA

12 Sentyabr 2025 | 20:45

Avropa İttifaqı Rubinyan-Kılıç görüşünü alqışladı

Avropa İttifaqı İrəvanda Ermənistan və Türkiyənin xüsusi nümayəndələri Ruben Rubinyan və Serdar Kılıç arasında keçirilən 6-cı görüşü müsbət qarşılayıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Maqdalena Qrono “X” hesabında bildirib.

“Bu günün dinamikası və açıqlamaları ruhlandırır”, - o qeyd edib.

Qrono əlavə edib ki, Avropa İttifaqı regiondakı tərəfdaşlar arasında normallaşma və sülh proseslərini yaxından izləyir və onların davamlı sülh, regional əməkdaşlıq, artan əlaqə və barışıq istiqamətində səylərini dəstəkləməyə davam edəcək.


SON XƏBƏRLƏR