• Bakı 19° C

    1.5 m/s

  • USD - 1.7

    EUR - 1.9093

    RUB - 1.9998

Gürcüstanda çevriliş cəhdinə yol verilməyəcək - Kobaxidze

DÜNYA

12 Sentyabr 2025 | 19:12 | Müəllif: Subhan Mahmudov

Gürcüstanda çevriliş cəhdinə yol verilməyəcək - Kobaxidze

Gürcüstanda hər hansı qarışıqlığa, çevriliş cəhdinə yol verilməyəcək və bu istiqamətdə istənilən cəhdə maksimal səviyyədə sərt cavab veriləcək.

Bakıvaxtı.az xəbər verir ki, bunu ölkənin Baş naziri İrakli Kobaxidze jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, Gürcüstanda müxalifət tamamilə zəifləyib, ümidsiz vəziyyətdədir və belə bir vaxtda istənilən təxribatlar mümkündür.

Baş nazir qarşıdakı 4 oktyabr seçkilərində müxalifətin uğur qazana bilməyəcəyini vurğulayıb. O deyib: "Biz əvvəlki seçkilərdə olduğu kimi, yenə də qələbə qazanacağıq. Təbii ki, bununla barışmayan və xaricdən maliyyələşən müxalif qüvvələr ölkədə qarışıqlıq yaratmaq istəyəcəklər. Dövlət buna imkan verməyəcək və istənilən təxribatların qarşısı sərt şəkildə alınacaq


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

10 Oktyabr 2026