• Bakı 21° C

    11.41 m/s

  • USD - 1.7

    EUR - 1.9934

    RUB - 2.0047

İrəvan və Bakı arasında sülh Aİ və Mərkəzi Asiya üçün yeni imkanlar açır

SİYASƏT

12 Sentyabr 2025 | 13:49

İrəvan və Bakı arasında sülh Aİ və Mərkəzi Asiya üçün yeni imkanlar açır

Almaniya Azərbaycan və Ermənistan arasında sülh prosesini dəstəkləməyə davam edəcək.

Bakıvaxtı.az Ermənistan mediasına istinadən xəbər verir ki, bu məsələ Ermənistanın Almaniyadakı səfiri Viktor Yengibaryanın Bundestaqın Xarici İşlər Komitəsinin sədri Armin Laşetlə görüşündə müzakirə olunub.

Görüş zamanı tərəflər Bakı və İrəvan arasında sülh sazişinin paraflanması və dövlətlərarası münasibətlərin qurulması ilə bağlı məsələləri müzakirə ediblər.

Armin Laşet tərəflərin bütün məsələləri sülh yolu ilə həll etmək səylərini müsbət qiymətləndirib.

"Sülh sazişi Sovet İttifaqının dağılması ilə başlayan çoxillik münaqişəyə son qoydu. Saziş həmçinin bütün Qafqaz regionunun sabitləşməsinə töhfə verir və Avropa ilə Mərkəzi Asiya arasında yeni yollar açır. Almaniya sülh və barışıq prosesini dəstəkləməyə davam edəcək", - o bildirib.

Ermənistan səfiri isə qeyd edib ki, Vaşinqtonda əldə edilmiş razılaşmalar həm region ölkələri, həm də Avropa İttifaqı üçün faydalıdır.


SON XƏBƏRLƏR