• Bakı 21° C

    11.41 m/s

  • USD - 1.7

    EUR - 1.9934

    RUB - 2.0047

Azərbaycanda ətin qiyməti ilə bağlı AÇIQLAMA 

CƏMİYYƏT

12 Sentyabr 2025 | 13:40

Azərbaycanda ətin qiyməti ilə bağlı AÇIQLAMA 

Bələdiyyələrin hər biri öz ərazilərində müəyyən qanunvericilik çərçivəsində ət köşkləri yarada bilərlər. 

Bakıvaxtı.az xəbər verir ki, bunu deputat Tahir Rzayev Milli Məclisin Aqrar siyasət komitəsinin iclasında bildirib. 

Onun sözlərinə görə, hazırda Azərbaycanda ət qiymətləri yüksəkdir: "Bunun səbəblərindən biri odur ki, bəzi hallarda mal-qara sahibləri məhsullarını bazara lazımı qaydada çıxara bilmirlər. Amma həmin şəxslər məhsullarını müəyyən köşklər vasitəsilə sata bilməlidirlər. Bu mənada bələdiyyələr çox böyük rol oynaya bilər".

T. Rzayev hesab edir ki, bələdiyyələrin hər biri öz ərazilərində müəyyən qanunvericilik çərçivəsində ət köşkləri yarada bilərlər: "Bundan həm də bələdiyyə qazana bilər. Bələdiyyələrin rayonlarda yaşayan vətəndaşların məhsullarını satmasını təmin etməsi mümkündür".


SON XƏBƏRLƏR