• Bakı 20° C

    8.56 m/s

  • USD - 1.7

    EUR - 1.9934

    RUB - 2.0047

Rusiya səfiri Finlandiya XİN-ə çağırılıb

DÜNYA

12 Sentyabr 2025 | 17:33

Rusiya səfiri Finlandiya XİN-ə çağırılıb

Rusiya pilotsuz uçuş aparatlarının Polşanın hava məkanını pozması ilə əlaqədar bu ölkənin səfiri Finlandiya Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.

Bu barədə Bakıvaxtı.az Finlandiya XİN-in "X" hesabındakı məlumata istinadən xəbər verir.

"Dronların Polşa hava məkanında olması tamamilə qəbuledilməz haldır. Finlandiya Polşaya tam dəstəyini ifadə edir. NATO öz ərazisini qorumağa hazırdır. Rusiya Ukraynaya qarşı işğalçı müharibəsini dayandırmalı və beynəlxalq hüquqa hörmət etməlidir", - bəyanatda qeyd olunub.


SON XƏBƏRLƏR