Ermənistanın müdafiə naziri Suren Papikyan və NATO-da akkreditə olunmuş bir sıra ölkələrin səfirləri əməkdaşlığın inkişaf perspektivlərini müzakirə ediblər.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri yazıb.
Tərəflər Ermənistan-NATO tərəfdaşlığının mövcud vəziyyətini və inkişaf perspektivlərini, müdafiə sahəsində aparılan islahatları, silahlı qüvvələrin transformasiyası, eləcə də regional və beynəlxalq təhlükəsizlik məsələlərini müzakirə ediblər.