"Braziliya rəhbərliyi ölkənin Ali Federal Məhkəməsinin (STF) Braziliyanın keçmiş lideri Jair Bolsonaronu 27 ildən artıq həbs cəzasına məhkum etməsindən sonra ABŞ-nin mümkün sanksiyalarından narahat deyil".
Bakıvaxtı.az "CNN"ə istinadən xəbər verir ki, bunu Braziliya prezidenti Luiz İnasio Lula da Silva deyib.
O, açıqlamasında ABŞ-nin atacağı addımlarla bağlı qorxmadığını və heç bir narahatçılığın olmadığını bildirib.
"Bir ölkənin prezidenti digər suveren dövlətin qərarlarına qarışa bilməz. Əgər ABŞ hər hansısa addım atmaq qərarına gələrsə, bu, təkcə onun problemi olacaq", - Silva qeyd edib.
Gülşən Şərif