• Bakı 20° C

    2.35 m/s

  • USD - 1.7

    EUR - 1.9675

    RUB - 2.0938

Azərbaycan, Türkiyə və Pakistan parlament sədrlərinin üçtərəfli görüşü olacaq

SİYASƏT

11 Oktyabr 2025 | 11:28

Azərbaycan, Türkiyə və Pakistan parlament sədrlərinin üçtərəfli görüşü olacaq

İslamabadda Azərbaycan, Türkiyə və Pakistan parlament sədrlərinin üçtərəfli görüşü keçiriləcək.

Bakıvaxtı.az "Report"a istinadən xəbər verir ki, Milli Məclisin sədri Sahibə Qafarova, Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuş və Pakistan Milli Assambleyasının (parlamentin aşağı palatası - red.) sədri Sərdar Ayaz Sadiq arasında görüş oktyabrın 13-də baş tutacaq.

Qeyd edək ki, bu, parlament sədrlərinin üçüncü üçtərəfli görüşüdür. Bundan əvvəlki görüş 2022-ci il iyulun 21-də İstanbulda keçirilib.


SON XƏBƏRLƏR

10 Oktyabr 2025