• Bakı 16° C

    3.12 m/s

  • USD - 1.7

    EUR - 1.8805

    RUB - 2.0511

Ukrayna dronları Ufada neft emalı zavoduna zərbə endirib

DÜNYA

11 Oktyabr 2025 | 15:17 | Müəllif: Subhan Mahmudov

Ukrayna dronları Ufada neft emalı zavoduna zərbə endirib

Bu gün səhər saatlarında Ukrayna Təhlükəsizlik Xidmətinin "A" Xüsusi Əməliyyatlar Mərkəzinin pilotsuz uçuş aparatları (PUA) Ukraynadan 1 400 kilometr məsafədə yerləşən Ufa şəhərindəki (Başqırdıstan Respublikası) "Başneft-UNPZ" neft emalı zavoduna zərbə endirib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə "İnterfaks-Ukrayna" xüsusi xidmətdəki mənbəyə istinadən məlumat yayıb.

"Bu, son bir ay ərzində Ukrayna Təhlükəsizlik Xidmətinin Başqırdıstanda - Ukraynadan 1 400 kilometr məsafədə - üçüncü zərbəsidir. Ukrayna Təhlükəsizlik Xidməti istənilən obyektə çata bilər", - mənbə qeyd edib.

Ufa şəhəri Rusiyanın ən böyük neft emalı mərkəzlərindən biridir və Rusiya Silahlı Qüvvələrini yanacaq və yanacaq-sürtkü materialları ilə təmin edir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

14 Noyabr 2026