Ermənistan İctimai Xidmətlərin Tənzimləməsi üzrə Komissiya "Ermənistan Elektrik Şəbəkələri" (EEŞ) QSC-ni idarə edən operatorun (iş adamı Samvel Karapetyanın şirkəti "Taşir Kapital") lisenziyasının ləğvi məsələsinə baxacaq.
Bakıvaxtı.az Ermənistan KİV-inə istinadən xəbər verir ki, bu barədə komissiyanın mətbuat xidmətindən bildirilib.
Bu məsələ ilə bağlı iclas noyabrın 13-də keçiriləcək. Söhbət "Ermənistan Elektrik Şəbəkələri" QSC-nin elektrik enerjisinin paylanması üzrə 0092 nömrəli lisenziyasının ləğvindən gedir. Tənzimləyici qurumun qərar layihəsində qeyd edilir ki, buna səbəb yoxlamalar zamanı aşkar edilmiş çoxsaylı pozuntulardır. Sənəddə vurğulanır ki, İctimai Xidmətlərin Tənzimləməsi üzrə Komissiya müvafiq səlahiyyətlərə malik olmadığı üçün müvəqqəti idarəedicinin səlahiyyətlərini dayandırmayacaq. Beləliklə, EEŞ hökumətin müvəqqəti idarəçiliyi altında qalacaq.
Qərar qüvvəyə mindiyi gündən etibarən iki ay ərzində komissiyada və ya alındığı gündən 15 gün ərzində Ermənistan İnzibati Məhkəməsində şikayət verilə bilər. Lakin şikayətin verilməsi qərarın icrasını dayandırmır. Sənəd qəbul edildiyi gündən qüvvəyə minir.
Bakı 



