• Bakı 10° C

    5.54 m/s

  • USD - 1.7

    EUR - 1.98

    RUB - 2.2094

Qazaxıstan ixrac edəcəyi neftin bir hissəsini Çinə göndərəcək

DÜNYA

10 Dekabr 2025 | 11:44

Qazaxıstan ixrac edəcəyi neftin bir hissəsini Çinə göndərəcək

Ukraynanın Qara Dənizdə “Xəzər Boru Kəməri Konsorsiumu”na məxsus terminala endirdiyi zərbələrdən sonra, Qazaxıstan özünün “Kaşaqan” neft yatağından neftin bir hissəsini Çinə ötürəcək.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Reuters" məlumat yayıb.

    Bildirilib ki, Ukraynanın Qara Dənizdə “Xəzər Boru Kəməri Konsorsiumu”-nun terminalına zərbələri Qazaxıtanı alternativ ixrac marşrutu axtarmağa məcbur edib və buna görə də Qazaxıstan Çini seçib.

    Qeyd edək ki, qlobal neft tranzitinin 1%-i “Xəzər Boru Kəməri Konsorsiumu” vasitəsilə həyata keçir.

    Bu konsorsiumun səhm sahibləri Rusiya, Qazaxıstan və ABŞ-dır.

    Qazaxıstan neftinin əksər hissəsi ixrac üçün sözügedən konsorsiumla Rusiyanın Qara Dənizdəki Novorossisk limanına göndərilir və oradan da beynəlxalq müştərilərə çatdırılır.


    SON XƏBƏRLƏR

    09 Dekabr 2025