ABŞ-də bir kişi Moriah dağı qəbiristanlığından təxminən 100 insanın qalıqlarını oğurlamaqda ittiham olunur.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Associated Press" agentliyi hüquq-mühafizə orqanlarına istinadən məlumat yayıb.
Hesabatda deyilir ki, polis Filadelfiyanın kənarındakı tərk edilmiş qəbiristanlığın yaxınlığında avtomobilin arxa oturacağında insana məxsus sümüklər və kəllələr tapılıb.
Polis 34 yaşlı Efrata sakini Conatan Krist Gerlaxı həbs edib. Şübhəlinin evində və anbarında aparılan axtarış zamanı detektivlər dəhşətli bir kolleksiya aşkar ediblər: yüzdən çox insan kəlləsi, ətraf sümükləri, mumiyalanmış bədən hissələri və iki çürümüş meyit.
Qeyd olunur ki, qalıqlar müxtəlif formalarda tapılıb: bəziləri rəflərdə nümayiş etdirilib, digərləri asılıb, bəziləri isə qəribə konstruksiyalara yığılıb.
Dəhşətli tapıntıların əksəriyyəti zirzəmidə saxlanılırmış. Polis həmçinin məzarlardan oğurlanmış zərgərlik əşyalarını da aşkar edib.
Fakt araşdırılır./Unikal
Bakı 




