• Bakı C

    11.83 m/s

  • USD - 1.7

    EUR - 1.9811

    RUB - 2.1216

Güney Azərbaycan Pəhləviyə də, hakimiyyətə də etiraz edir

DÜNYA

09 Yanvar 2026 | 09:49

Güney Azərbaycan Pəhləviyə də, hakimiyyətə də etiraz edir

“Güney Azərbaycanın şəhərlərində - Urmiya, Təbriz, Xoy, Qəzvin, Zəncan, Marağa və Ərdəbildə xalq eyni anda və birlik içində etiraz aksiyalarına başlayıb”.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə güneyli milli fəal Hüseyn Türkelli məlumat verib.

Fəal bildirib ki, güneylilər hazırkı molla rejimi ilə yanaşı, İranın sonuncu şahı Məhəmmədrza Pəhləvinin oğlu Rza Pəhləvinin hakimiyyətə mümkün qayıdışına da etiraz edirlər:

“Etirazçılar Azərbaycanın öz milli hədəfləri və şüarları ilə çıxış edərək həm molla rejimi, həm də Pəhləvi-fars faşizminin diktaturasına qətiyyətlə “yox” deyirlər.

Güney Azərbaycanın şəhərlərində səsləndirilən şüarlar bunlardır:

“Azadlıq, Ədalət, Milli Hökumət!”

“Diktaturaya ölüm!”

"Nə şahçıyam, nə şeyxçi, millətçiyəm, millətçi!"

“Azərbaycan şərəfdir, Pəhləvi bişərəfdir!”

“Azərbaycan şərəfdir, “Bəsic”i bişərəfdir”

“Biz ölməyə hazırıq, Babəkin sərbazıyıq”.


SON XƏBƏRLƏR

09 Yanvar 2026