• Bakı 10° C

    5.54 m/s

  • USD - 1.7

    EUR - 1.98

    RUB - 2.2094

Dünya onu bu görüntüsü ilə tanımışdı - 9 il sonra ortaya çıxdı - VİDEO

DÜNYA

10 Dekabr 2025 | 11:46

Dünya onu bu görüntüsü ilə tanımışdı - 9 il sonra ortaya çıxdı - VİDEO

2016-cı ildə Hələbə hava hücumundan sonra dağıntıların altından sağ çıxarılan və dünya mətbuatının gündəminə düşən suriyalı uşaq illər sonra yenidən görüntülənib.

Bakıvaxtı.az “Newarab”a istinadən xəbər verir ki, həmin hadisə zamanı 5 yaşı olan Ümran Dakneş bu günlərdə Dəməşqdə Əsəd rejiminin devrilməsinin birinci ildönümünə həsr olunmuş tədbirlərin birində çıxış edib.

“Deyirlər ki, mən bombardmandan və mühasirədən sağ çıxmışam... Amma heç nə xatırlamıram. Qəlbimdə bir boşluqla böyümüşəm. Bilmirəm, bu qorxu idi, ya kədər... Öz hekayəmi yalnız videogörüntülərdən öyrənmişəm. Özümü toza batmış halda görmüşəm. Lakin qələbədən sonra mənim də həyatıma işıq gəlib”, - deyə 14 yaşlı Ümran söyləyib.

Tədbirdə Suriyanın keçid dövrü Prezidenti Əhməd əl-Şaraa və digər yüksəkvəzifəli şəxslər də iştirak ediblər.

Əhməd əl-Şaraa yeniyetmənin çıxışından sonra ona yaxınlaşaraq başından öpüb və qucaqlayıb.

Xatırladaq ki, 2016-cı ildə Suriyada müxalifət qüvvələrinin nəzarətində olan Əl-Katerji məhəlləsində hökumət və Rusiyaya məxsus təyyarələr tərəfindən həyata keçirilən hava hücumu zamanı 5 yaşlı Ümran Dakneşin yaralandığını əks etdirən görüntülər mətbuatda, eləcə də sosial şəbəkələrdə geniş yayılmış və viral olmuşdu. Sonradan o, Suriyada vətəndaş müharibəsinin simvoluna çevrilmişdi.

Ötən il dekabrın 8-də Suriyada müxalif qüvvələr hakimiyyəti ələ keçirdikdən sonra Prezident Bəşər Əsəd ölkəni tərk edib. Daha sonra onun və ailəsinin Rusiyadan siyasi sığınacaq aldığı məlum olub. Bununla da, Suriyada 61 il hakimiyyətdə olan “Baas” rejimi devrilib.


SON XƏBƏRLƏR

09 Dekabr 2025