Almaniya kansleri Fridrix Merz ABŞ administrasiyasının yeni Milli Təhlükəsizlik Strategiyasını tənqid edib. O, sənəddə Avropa üçün qəbuledilməz məqamların olduğunu və ABŞ-nin “Avropada demokratiyanı xilas etməsi” yanaşmasını düzgün saymadığını bildirib.
Bakıvaxtı.az xəbər verir ki, Politico-nun məlumatına görə, Tramp administrasiyasının strategiyasında Avropanın “sivilizasiyanın silinməsi” riski ilə üzləşdiyi və bunun əsas səbəbi kimi müsəlman və qeyri-avropalı ölkələrdən miqrasiya göstərilir. Strategiya, həmçinin ABŞ-nin özünə ideoloji cəhətdən yaxın Avropa siyasi qüvvələrinə dəstək verə biləcəyinə işarə edir.
Merz açıqlamasında Avropanın təhlükəsizlik və müdafiə sahəsində ABŞ-dən daha müstəqil olmasının vacibliyini vurğulayıb. O, Vaşinqtona “America first normaldır, amma America alone sizin marağınıza uyğun deyil” mesajını verdiyini deyib.
Kansler həmçinin Donald Trampın gələn il Almaniyaya səfər edəcəyini qeyd edib.
Zeynəb Rzayeva
Bakı 


jpg-1765345880.jpg)
