• Bakı 16° C

    3.12 m/s

  • USD - 1.7

    EUR - 1.8805

    RUB - 2.0511

Venesuela rəhbərliyi ilə işləyəcəyik və... - Tramp

DÜNYA

09 Yanvar 2026 | 08:30 | Müəllif: Qalib İbrahimoğlu

Venesuela rəhbərliyi ilə işləyəcəyik və... - Tramp

“Biz Venesuela rəhbərliyi ilə işləyəcəyik və bu günə qədər çox yaxşı işlədik”.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp “Fox News”a müsahibəsində deyib.

O, ölkədən trilyonlarla dollar dəyərində neft götürəcəklərini bildirib.

“Biz nefti idarə edəcəyik. Sabah Ağ evdə bütün böyük neft şirkətləri rəhbərləri ilə görüş keçirəcəyik. On dörd şirkət olacaq. Onlar işə başlayacaqlar. Bütün neft infrastrukturunu yenidən quracaqlar. Onlar azı 100 milyard dollar xərcləyəcəklər”, - Tramp əlavə edib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

14 Noyabr 2026