• Bakı 16° C

    3.12 m/s

  • USD - 1.7

    EUR - 1.8805

    RUB - 2.0511

Kamboca Tailanda raket zərbəsi endirib

DÜNYA

10 Dekabr 2025 | 10:45 | Müəllif: Əli Hüseynov

Kamboca Tailanda raket zərbəsi endirib

Kamboca qüvvələrinin Tailandın sərhədyanı Surin əyalətində yerləşən xəstəxananı BM-21 "Qrad" yaylım atəşi sistemlərindən atəşə tutması nəticəsində təxliyə əməliyyatı həyata keçirilib.

Bakıvaxtı.az yerli mediaya istinadən xəbər verir ki, bu barədə Tailand Quru Qoşunlarının ikinci hərbi dairəsi sosial şəbəkələrdə məlumat yayıb.

"Dekabrın 10-da saat 8:40-da Kamboca qüvvələrinin BM-21 "Qrad" yaylım atəşi sistemlərindən atdığı raketlər Phanom Donqrak xəstəxanası ərazisinə və ətraf ərazilərə düşüb. Ümumilikdə altı mərmi atılıb", - məlumatda qeyd olunur.

Eyni zamanda, "Thai PBS"in məlumatına görə, Tailand-Kamboca sərhədində baş verən toqquşmalar nəticəsində 10 xəstəxana və 180 rayon xəstəxanası müvəqqəti olaraq bağlanıb.

Bundan başqa, 7 əyalətdə sığınacaqlar açılıb və orada 190 mindən çox insan yerləşdirilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

14 Noyabr 2026