• Bakı 20° C

    1.13 m/s

  • USD - 1.7

    EUR - 1.9675

    RUB - 2.0938

İsrail ordusunun Livanın cənubuna zərbə endirməsini pislədi

DÜNYA

11 Oktyabr 2025 | 13:00

İsrail ordusunun Livanın cənubuna zərbə endirməsini pislədi

Livan Prezidenti Cozef Aun İsrailin ölkənin cənubuna zərbə endirməsini pisləyib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Yaxın Şərq KİV-ləri məlumat yayıb.

"Livanın mülki obyektləri yenidən İsrail tərəfindən atəş altındadır. Bütün Livan xalqı və onun ərazisi qarşısındakı məsuliyyətimiz bizdən bu təcavüzü pisləməklə kifayətlənməyərək problemlərin həllini tələb edir", - o bildirib.

Öz növbəsində, KİV-in məlumatına görə, İsrailin Livanın cənubuna gecə saatlarında endirdiyi zərbə nəticəsində bir nəfər ölüb, daha yeddi nəfər yaralanıb.

Daha əvvəl bildirilmişdi ki, İsrail ordusu Livanın cənubunda "Hizbullah" qruplaşmasının infrastrukturuna zərbə endirib.


SON XƏBƏRLƏR

10 Oktyabr 2025