Amerikalı hərbçilər Qəzza zolağında atəşkəs haqqında razılaşmaların yerinə yetirilməsinə nəzarət edəcək əlaqələndirmə mərkəzinin yaradılması üçün İsrailə getməyə başlayıblar.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə "ABC News" məlumat yayıb.
Kanalın məlumatına görə, ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının rəhbəri admiral Bred Kuper artıq İsraildədir. O, Yaxın Şərqdəki əməliyyatlara cavabdehdir.
Bildirilib ki, İsraildə 200 hərbi qulluqçu yerləşdiriləcək. Eyni zamanda qeyd edilib ki, onlar Qəzza zolağı ərazisində olmayacaqlar.
Rəsmi məlumatlara görə, əlaqələndirmə mərkəzinin işində iştirak edəcək amerikalı hərbçilər nəqliyyat, planlaşdırma, logistika, təhlükəsizliyin təmin edilməsi və mühəndislik sahələrində ixtisaslaşıblar.
Qeyd edək ki, İsrail və HƏMAS atəşkəs barədə razılığa gəliblər. Razılaşma oktyabrın 10-da İsrail qoşunlarının Qəzzadan qismən çıxarılmasından sonra qüvvəyə minib.