• Bakı 15° C

    1.07 m/s

  • USD - 1.7

    EUR - 1.9675

    RUB - 2.0938

Türkiyə masa arxasında olmadan qalib gəldi... - Keçmiş MOSSAD-çı

DÜNYA

11 Oktyabr 2025 | 15:30

Türkiyə masa arxasında olmadan qalib gəldi... - Keçmiş MOSSAD-çı

İsrailin qələbəsi Türkiyənin zəfərinin kölgəsində qaldı.

Bakıvaxtı.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bunu MOSSAD-ın keçmiş yüksək vəzifəli rəsmisi Oded Eilam deyib.

İsrail mediasına açıqlama verən MOSSAD-ın keçmiş rəsmisi Ankaranın danışıqlarda iştirakının atəşkəs prosesində həlledici olduğuna diqqət çəkib:

“HƏMAS Vaşinqtonun deyil, Ankaranın sözünü eşitdi. Diplomatik diskurs indi Ankaraya doğru gedir. Türkiyə bu nöqtədə müvəqqəti vasitəçi deyil, yeni nizamın aparıcı aktyoru və memarıdır".

“Trampın razılaşma prosesinə əhəmiyyətli təsiri olsa da, bununla bərabər Ərdoğanın diplomatik kanallar vasitəsilə göstərdiyi səylər prosesin formalaşmasında mühüm rol oynayıb. Türkiyə masa arxasında olmadan qalib gəldi. Ərdoğan regional tarazlığı yenidən tənzimləyir”, - Eilam əlavə edib./Axar.az


SON XƏBƏRLƏR

10 Oktyabr 2025