"Mançester Yunayted"in sabiq yarımmüdafiəçisi Cimmi Nikolson vəfat edib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə İngiltərə klubunun mətbuat xidməti məlumat yayıb.
Keçmiş futbolçu 82 yaşında dünyasını dəyişib. “Mançester Yunayted” akademiyasının yetirməsi olan Nikolson 1960-1964-cü illərdə bu klubda çıxış edib.
O, komandanın heyətində 68 oyuna çıxıb və 6 qol vurub. O, karyerasının böyük hissəsini “Haddersfild Taun”da keçirib və eyni zamanda Şimali İrlandiya millisində çıxış edib.