• Bakı 16° C

    1.07 m/s

  • USD - 1.7

    EUR - 1.9675

    RUB - 2.0938

Yaxşı variantlar var - Zelenski-Tramp danışığı olub - YENİLƏNİB

DÜNYA

11 Oktyabr 2025 | 18:11

Yaxşı variantlar var - Zelenski-Tramp danışığı olub - YENİLƏNİB

Ukrayna Prezidenti Volodimir Zelenski amerikalı həmkarı Donald Trampla Rusiyanın Hava Hücumundan Müdafiə (HHM) sisteminin gücləndirilməsi imkanlarını müzakirə edib.

Bakıvaxtı.az-ın məlumatına görə, bu barədə V.Zelenski sosial şəbəkələrdə yazıb.

Ukrayna Prezidentinin sözlərinə görə, Tramplа söhbət məhsuldar keçib.

"Biz HHM sistemini gücləndirmək imkanlarını və bu barədə hazırladığımız razılaşmaları müzakirə etdik. Bizi gücləndirmək üçün yaxşı variantlar var", - o bildirib.

V.Zelenski Rusiya ilə danışıqların başlanmasının zəruriliyi barədə bəyanat verib. Lakin onun fikrincə, Moskvanı danışıqlar masasına əyləşməyə məcbur etmək üçün güc tətbiq etmək lazımdır: "Güc sayəsində bunu təmin etmək olar".

O, ABŞ Prezidentinə təşəkkür edib.

 

***16:57

Ukrayna Prezidenti Volodimir Zelenski amerikalı həmkarı Donald Tramp ilə telefon danışığı aparır.

Bakıvaxtı.az-ın "RBK-Ukraina"ya istinadən verdiyi məlumata görə, bu barədə Ukrayna Prezidenti Ofisinin rəhbəri Andrey Yermak açıqlama verib.

"Prezident Volodimir Zelenski hazırda Donald Trampla danışır", - o qeyd edib.


SON XƏBƏRLƏR

10 Oktyabr 2025