• Bakı 16° C

    1.07 m/s

  • USD - 1.7

    EUR - 1.9675

    RUB - 2.0938

Nobel Sülh mükafatında sızma: araşdırma başladılacaq

DÜNYA

11 Oktyabr 2025 | 16:36

Nobel Sülh mükafatında sızma: araşdırma başladılacaq

Nobel Sülh mükafatı elan edilməzdən bir qədər əvvəl onlayn mərc saytında Mariya Korina Maçado ilə bağlı əmsalların sürətlə 70 faizə qədər yüksəlməsi şübhələrə səbəb olub.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.

Bildirilib ki, belə bir vəziyyət məxfiliyi ilə bilinən Nobel Komitəsindən nadir bir "sızmanın" baş verə biləcəyinə dair şübhələri artırıb.

Məsələ ilə bağlı açıqlama verən Nobel İnstitutunun prezidenti Kristian Berq Harpviken məlumatlarımız üzərindən qazanc əldə etmək istəyən cinayətkarlar tərəfindən hədəfə alınmış ola biləcəklərini bildirib.

O daha sonra Norveçin “Aftenposten” qəzetinə sızma ilə bağlı qəti dəlil olmadığını, lakin rəsmi araşdırmanın başlayacağını vurğulayıb.

Qeyd eək ki, Venesuela siyasətçisi Mariya Korina Maçado Nobel Sülh mükafatına layiq görülüb.


SON XƏBƏRLƏR

10 Oktyabr 2025