Bolqarıstanda 52-ci cağırış Milli Assambleyasına (birpalatalı parlament) növbədənkənar seçkilər başlayıb.
Bakıvaxtı.az xəbər verir ki, ölkə üzrə 12 mindən çox seçki məntəqəsi yerli vaxtla səhər saat 7:00-da açılıb və axşam saat 8:00-a qədər fəaliyyət göstərəcək.
Ölkə daxilindəki seçki məntəqələri ilə yanaşı, Bolqarıstan vətəndaşları dünyanın 55 ölkəsində də səs verəcək.
Son beş ildə səkkizinci dəfə təşkil olunan səsvermə ixtisaslaşdırılmış səsvermə maşınları və ya kağız bülletenlərdən istifadə etməklə mümkün olacaq.
Təxminən 6,5 milyon insan səs vermək hüququna malikdir, lakin təxminən 3,3 milyon seçicinin seçkilərdə iştirak edəcəyi gözlənilir.
Seçkilərdə 24 siyasi qrupun nümayəndələri iştirak edir: 14 partiya və 10 koalisiyanın nümayəndələri. Bundan başqa 240 yer uğrunda 4786 namizəd mübarizə aparır. İlk qeyri-rəsmi səsvermə nəticələri yerli vaxtla saat 20:00-da, seçki məntəqələri bağlandıqda məlum olacaq.
Sorğulara əsasən, keçmiş Prezident Rumen Radev tərəfindən yaradılmış yeni siyasi ittifaq ön sıralarda qərarlaşıb. Bununla yanaşı, Boyko Borisovun rəhbərlik etdiyi GERB partiyası və islahatçı qüvvələr də əsas rəqiblər kimi çıxış edir. (Report)
Bakı 




